Artıq bir neçə gündür Türkiyə ərazisində öz təsirini göstərən yağıntılı hava şəraiti bir sıra şəhərlərdə olduğu kimi, İstanbulda da böyük fəsadlara səbəb olub.
Bizim.Media xəbər verir ki, yağan güclü qar səbəbindən İstanbulda ictimai nəqliyyatın fəaliyyəti dayanıb, avtomobil yollarında uzun tıxaclar yaranıb, gəmi səfərləri təxirə salınıb.
MÖVZU İLƏ BAĞLI:
Ağ gəlinlik geyinmiş İstanbul onu görməyə gələnləri izləyir - REPORTAJ+İSTANBUL
Yağıntılı hava şəraiti və güclü külək səbəbindən 218 ağac kökündən çıxıb, yeddi binanın damı çöküb.
Dam örtüklərinin ətrafa saçılması nəticəsində bölgədəki 106 avtomobilə ciddi zərər dəyib.
Hidrometeoroloqlar bölgədə yağıntılı hava şəraitinin fevralın 17-dək davam edəcəyini proqnozlaşdırırlar.
Hazırda ölkənin Marmara bölgəsində havanın temperaturu mövsüm normasından 4-8 dərəcə aşağıdır. Şəhərin yüksək hissələrində qarın qalınlığı 30-50 santimetrə çatıb.
Bizim.Media