Türkiyənin Hatay şəhərində zəlzələ nəticəsində dağılan “Rönesans Residence”in podratçısı Mehmet Yaşar Coşkun saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, podratçı İstanbul Hava Limanında ölkə xaricinə qaçmağa cəhd edərkən saxlanılıb.
Polislər onun üzərinə baxış zamanı külli miqdarda pul vəsaiti aşkarlayıblar.
Bizim.Media