Zelenski NATO ölkələrinə çağırış ETDİ

Hazırda oxunan: Zelenski NATO ölkələrinə çağırış ETDİ

119715

“Rusiya raketlərinin Moldova və Rumıniyadan keçməsi NATO-nun təhlükəsizliyinə təhdiddir”.

Bizim.Media “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenki deyib.

O bildirib ki, dünya Rusiya terrorunun qarşısını almalıdır:

“Bu gün Rusiyanın bir neçə raketi Moldova və Rumıniyanın hava sərhədini pozub. Bu, qarşısı alına bilən terrordur. Dünya bunu etməlidir”.

Zelenski qeyd edib ki, bugünkü hücum zamanı Rusiya 70-dən çox raket atıb:

“Onlardan 60-ı havadaca zərərsizləşdirilib. Düşmənin hədəfləri mülki infrastruktur və dinc sakinlərdir. Raket zərbələri nəticəsində ölənlər var".

Xatırladaq ki, bu gün Rusiya Silahlı Qüvvələri Ukraynanı kütləvi raket hüumuna məruz qoyub. Raketlərdən bir neçəsi Moldova və Rumıniyanın hava məkanını pozub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin