ABŞ dövlət katibi Entoni Blinken telefonla türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışaraq, zəlzələnin fəsadlarının aradan qaldırılmasını müzakirə edib.
Bizim.Media xəbər verir ki, ABŞ rəsmisi bu barədə tvitterdəki hesabında yazıb.
O, qeyd edib ki, Türkiyənin xarici işlər naziri ilə Birləşmiş Ştatların zəlzələnin nəticələrinin aradan qaldırılması səylərinə dəstəyi haqqında danışıb.
“Biz Türkiyə və Suriyadakı qurbanlara kömək etmək üçün əlimizdən gələni etməyə qərarlıyıq”, - Blinken sosial şəbəkə hesabında qeyd edib.
Bundan əvvəl Blinken qeyd edib ki, Birləşmiş Ştatlar Türkiyə və Suriyada zəlzələ zamanı zərər çəkənlərə lazımi yardımı göstərmək üçün əlindən gələni etməyə davam edəcək.
Qeyd edək ki, Türkiyədə fevralın 6-da baş verən güclü zəlzələ zamanı ölənlərin sayı 17 674-ə, yaralıların sayı 72 879 nəfərə çatıb.
Bizim.Media