Çavuşoğlu: “Zəlzələdən az sonra Ceyhun Bayramov Türkiyəyə səfər etmək arzusunda olduğunu bildirdi”

Hazırda oxunan: Çavuşoğlu: “Zəlzələdən az sonra Ceyhun Bayramov Türkiyəyə səfər etmək arzusunda olduğunu bildirdi”

119555

“Türkiyədə baş verən  7,7 və 7,6 bal gücündə iki dağıdıcı zəlzələdən sonra dünya ölkəmizə güclü dəstək nümayiş etdirir”. 

Bizim.Media Anadolu-ya istinadən xəbər verir ki, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu Şimali Kipr Türk Cümhuriyyətindən (ŞKTC) olan həmkarı Tahsin Ərtoğruloğlu ilə görüşündən sonra bildirib. 

“Bu gün dünyanın 56 ölkəsindən 6479 xilasedici fəlakət zonasındadır. Zəlzələnin nəticələrinin aradan qaldırılması üçün 24 saat ərzində daha 19 ölkədən xilasedicilər Türkiyəyə gələcək”, - deyə Çavuşoğlu bildirib. 

Onun sözlərinə görə, Hatay, Qaziantep, Adana, Adıyaman, Kahramanmaraş və Kilisdə koordinasiya işlərinə 11 səfir cəlb olunub. 

Nazir qeyd edib ki, zəlzələdən az sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Pakistanın baş naziri Şahbaz Şərif eləcə də bir çox rəsmi şəxslər Türkiyəyə səfər etmək arzusunda olduqlarını bildiriblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin