Türkiyədə məktəblər fevralın 20-dən açılacaq.
Bizim.Media verir ki, bu barədə Türkiyənin milli təhsil naziri Mahmut Özer rəsmi “Twitter” hesabında məlumat verib.
Nazir qeyd edib ki, baş verən dağıdıcı zəlzələyə görə, məktəblərin fevralın 20-nə qədər dayandırılmasına qərar verilib:
"Çünki Türkiyədəki 10 min müəllimimiz zəlzələ ərazisindədir. Bu prosesi pozmamaq üçün Türkiyənin 71 vilayətində semestr tətilini bir həftə daha - 20 fevrala qədər uzadırıq".
Qeyd edək ki, daha əvvəl Türkiyədə məktəblərin fevralın 13-nə qədər tətil edəcəyi ilə bağlı məlumatlar verilmişdi.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:45 / 09.02.2023
Qərar dəyişdi: Türkiyədə məktəblər fevralın 13-ü AÇILMAYACAQ
Hazırda oxunan: Qərar dəyişdi: Türkiyədə məktəblər fevralın 13-ü AÇILMAYACAQ
Hazırda oxunan: Qərar dəyişdi: Türkiyədə məktəblər fevralın 13-ü AÇILMAYACAQ
119537
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.