15 fevral tarixindən etibarən Türkiyəyə səfər edən rusiyalı jurnalistlərdən viza tələb olunacaq.
xa0
Bu barədə “İnterfaks”x9d agentliyinə Türkiyənin Rusiyadakı səfirliyinin əməkdaşı deyib.
xa0
Məlumata görə, qarşılıqlı prinsipə uyğun olaraq Türkiyəyə səfər edən Rusiyanın media nümayəndələrindən viza tələb olunacaq.
xa0
Qərar 15 fevral tarixindən qüvvəyə minəcək.
xa0
Qeyd edək ki, Rusiya hökuməti 1 yanvardan etibarən Türkiyə vətəndaşlarının ölkəyə vizasız səfərini qadağan etmişdi.(Axar.az)































































































