Avropa İttifaqının böhranların idarə edilməsi üzrə komissarı Janez Lenarçiç Türkiyəyə səfər edib.
Bizim.Media xəbər verir, ki bu barədə Lenarçiç "Twitter" hesabında məlumat verib.
“İndicə Qaziantepə çatdım. Mülki müdafiə üzrə həmkarlarım Türkiyədəki zəlzələdən zərər çəkmiş bölgələrdəki vəziyyətlə bağlı məni məlumatlandırır. Aİ indiyə qədərki ən böyük axtarış və xilasetmə əməliyyatları vasitəsilə türk səlahiyyətlilərinə insanların həyatını xilas etməkdə yardım edir", - o bildirib.
Bizim.Media