Türkiyənin 10 vilayətində fövqəladə vəziyyətin tətbiqinə dair qərar VERİLƏCƏK

Hazırda oxunan: Türkiyənin 10 vilayətində fövqəladə vəziyyətin tətbiqinə dair qərar VERİLƏCƏK

119449

“Vətəndaşlarımıza keçid müddətində 10 min lirə yardım edəcəyik”.

Bizim.Media xəbər verir ki, bunu Qaziantepdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti bildirib ki, xarici ölkələrdən gələcək konteynerlər 10 vilayətə göndəriləcək.

Ərdoğan qeyd edib ki, bu gün Türkiyə parlamentində zəlzələnin təsirlərinə məruz qalmış 10 vilayətdə 3 ay müddətinə fövqəladə vəziyyət rejiminin tətbiqinə dair məsələni müzakirəyə çıxacaq və qərar bu gündən qüvvəyə minəcək”.
Türkiyə Prezidenti fövqəladə vəziyyətin rejiminin tətbiq edilməsi ilə bəzi yerlərdə hökm sürən qanunsuz halların qarşının alınacağını diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin