Türkiyədə zəlzələ nəticəsində dağıntılar altında qalanların axtarış-xilasetmə işləri davam edir.
Bizim.Media Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Kahramanmaraş şəhərində əcnəbi olan Hene Hammeko adlı 35 yaşlı 9 aylıq hamilə qadın 70 saat sonra dağıntılar altından sağ çıxarılıb.
Qadının 14 yaşındakı oğlu Məhəmməd və axtarış-xilasetmə qrupları böyük sevinc yaşayıblar.
Xəstəxanaya aparılan hamilə qadının və bətnindəki körpəsinin sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.
Bizim.Media