Türkiyəyə yardım üçün səfərbər olan macarıstanlı xilasedicilər Hatay şəhərində, zəlzələdən 60 saatdan çox keçməsinə baxmayaraq, yaşyarımlıq uşağı dağıntılar altından xilas ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Macarıstanın Türkiyədəki səfiri Viktor Matiş video yayıb.
“Peşt vilayəti Axtarış-Xilasetmə Qrupu 1,5 yaşındakı uşağı xilas edir. Hatay, 8 fevral, 2023”, -deyə diplomat qeyd edib.
Bizim.Media