Türkiyədə zəlzələ nəticəsində yaralanan biri uşaq olmaqla, 4 nəfər ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi ilə Ankaraya aparılıb.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, Adıyamanda dağıntılar altından çıxarılan yaralılar Ankara şəhər xəstəxanasına yerləşdirilib.
Məlumata görə, digər yaralılar isə Türkiyə Silahlı Qüvvələrinə məxsus təyyarə, eləcə də ölkənin Səhiyyə Nazirliyinə aid ambulans-təyyarə ilə paytaxta aparılıb.
Bizim.Media