Kadırov: Ürəyin istəyəni yaza bilərsən, yalnız Amerika itlərinə toxunma

Hazırda oxunan: Kadırov: Ürəyin istəyəni yaza bilərsən, yalnız Amerika itlərinə toxunma

119255
Çeçenistanın rəhbəri Ramzan Kadırov paylaşdığı videonun İnstagram sosial şəbəkəsinin administrasiyası tərəfindən silinməsindən şikayətlənib.

Qeyd edək ki, həmin videoda müxalif PARNAS partiyasının lideri Mixail Kasyanov optik nişangahda təsvir edilmişdi.

 Kadırovun fikrincə, “ABŞ-ın qiymətli köpəklərinə dair bir neçə kəlmə dediyi”x9d üçün paylaşım silinib.

“Ürəyin istəyən hər şey yaza bilərsən, yalnız Amerika itlərinə toxunma”x9d, - deyə, Çeçenistan rəhbəri yazıb.

Bazar ertəsinə keçən gecə Kadırov İnstagramda PARNAS partiyasının lideri və Rusiyanın sabiq baş naziri Mixail Kasyanovun əks olunduğu videonu paylaşıb.

Kasyanov ilə bərabər onun müavini, jurnalist və “Açıq Rusiya”x9d təşkilatının koordinatoru Vladimir Kara-Murza-kiçik də əks olunub.

Videonun üzərinə optik nişangah çərçivəsi qoyulub. Videoya şərh olaraq Kadırov: “Kasyanov Rusiya müxalifəti üçün pulun ardınca Strasburqa gəlib”x9d, “ANLAMAYAN ANLAYAR!”x9d yazıb.

Bir müddət sonra sosial şəbəkə administrasiyası paylaşımı silib. “Vedomosti”x9dyə məlum olub ki, video servisin qaydalarının pozulduğu üçün, daha dəqiq İnstagram istifadəçilərinə hörmətsizliyə görə silinib.   
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin