Gözəllik salonları əsas təhlükə mənbəyidir - Professor

Hazırda oxunan: Gözəllik salonları əsas təhlükə mənbəyidir - Professor

11914

Virusa yoluxma riski, xüsusilə qadın gözəllik salonlarında daha yüksəkdir.

Bizim.Media “Haber Global” televiziyasına istinadən xəbər verir ki, bunu Türkiyənin Hacettepe Universitetinin professoru Mehmed Ceyhan deyib.

 

MÖVZU İLƏ BAĞLI:

İnternətdən tapdığı gözəllik salonuna gedən qadının üzü yandı - FOTO


Onun sözlərinə görə, salon mərkəzlərində kosmetik vasitələr sterilizə edilmədən bir neçə nəfərdə istifadə edilir:

“Bu da xəstəliyin yayılma səbəbləri arasında ilk sıralarda yer alır. Məsələn, bir göz qələminin və ya dodaq boyasının 4-5 saat ərzində bir neçə müştəri üzərində istifadəsi yoluxma riskini artırır".

"Bunun əsas səbəbi isə artıq hamımıza bəlli olduğu kimi, virusun əşyalar üzərində bir neçə saat canlı qalmasıdır”.

“Bundan sığortalanmaq üçün hər xanımın özünəməxsus gözəllik vasitəsindən istifadə etməsi tövsiyyə olunur”, deyə o, qeyd edib.

Gül Qədirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin