Çinin Uhan şəhərində ilk dəfə pandemiyanın qeydə alındığı 2019-cu il tarixinə qədər azı min nəfər koronavirusun 13 fərqli növünə yoluxub.
Bizim.Media CNN-ə istinadla xəbər verir ki, bu barədə Umumdünya Səhiyyə Təşkilatının (ÜST) beynəlxalq ekspert qrupunun rəhbəri Peter Ben Embarek açıqlama verib.
MÖVZU İLƏ BAĞLI:
ÜST koronavirusun Uhana necə daxil ola biləcəyini izah etdi
Onun sözlərinə görə, Çin təşkilatın mütəxəssislərinə 2019-cu ilin dekabrında Uhan şəhərində qeydə alınan cəmi 174 infeksiya hadisəsi barədə məlumat verib.
“Hələ hesablamalar aparmamışıq. Təxminlərə əsasən deyə bilərik ki, ümumilikdə yoluxmuşların yalnız 15%-i xəstəliyin ağır formasından əziyyət çəkib və insanların böyük əksəriyyəti bu xəstəliyi yüngül keçirib”, - deyə ÜST nümayəndəsi bildirib.
Embarek bildirib ki, Uhan nümunələrindəki virusu araşdırdıqdan sonra, 2019-cu ilin dekabr ayına qədər şəhərdə azı 13 fərqli koronavirus mutasiyasının olduğunu aşkarlayıblar.
Mütəxəssisi sözlərinə gör, onlardan bəziləri həqiqətən yerli bazarlardan yayılmağa başlayıb, bəzilərinin isə onlarla heç bir əlaqəsi yoxdur.
Bizim.Media