Ukrayna DİN və Təhlükəsizlik Xidmətinə yeni rəhbər təyin ETDİ

Hazırda oxunan: Ukrayna DİN və Təhlükəsizlik Xidmətinə yeni rəhbər təyin ETDİ

118975

Ukraynada yeni daxili işlər naziri və Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edilib.

Bizim.Media xəbər verir ki, Ukrayna Ali Radasının qərarı ilə Vasili Malyuk Ukrayna Təhlükəsizlik Xidmətinə (UTX) yeni rəhbər təyin edilib.

Digər qərarla isə İqor Klimenko daxili işlər naziri təyin olunub.

Qeyd edək ki, Vasili Malyuk 2022-ci ilin iyulundan etibarən indiyə qədər UTX rəhbərinin vəzifəsini icra edib və avqust ayından Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvüdür.

İqor Klimenko isə 2019-cu ildən Ukrayna milli polisinin rəhbəri və daxili işlər nazirinin müavini olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin