BMT-nin Baş katibi Türkiyəyə BAŞSAĞLIĞI VERDİ 

Hazırda oxunan: BMT-nin Baş katibi Türkiyəyə BAŞSAĞLIĞI VERDİ 

118858

BMT-nin Baş katibi Antoniu Quterreş Türkiyəyə başsağlığı verib. 

Bizim.Media xarici KİV-nə istinadən xəbər verir ki, Baş katib zəlzələ nəticəsində insan tələfatının olmasından dərin kədər hissi keçirdiyini qeyd edib. 

"Bu gün səhər saatlarında Türkiyənin cənubunda və Suriyanın şimalında baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı xəbərini eşidəndə çox kədərləndim. Xilasetmə işləri davam etdiyi üçün ölənlərin sayı artmaqda davam edir. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyirəm".

Quterreş bildirib ki, BMT-nin bölgədəki missiyası ehtiyacları qiymətləndirir və yardım göstərir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin