Türkiyənin milli müdafiə naziri Hulusi Akar zəlzələnin baş verdiyi Hataya gedib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi “Twitter” hesabında məlumat verilib.
Məlumata görə, Akarı Türkiyə Silahlı Qüvvələrinin rəhbər heyəti müşayiət edib:
“Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi general Yaşar Gülər və Quru Qoşunları komandanı general Musa Avseverlə birlikdə Hatay Sərinyola gedib”.
Bildirilib ki, nazir AFAD Koordinasiya Mərkəzindən son vəziyyətlə bağlı məlumat alıb.
Bizim.Media
Millî Savunma Bakanı Hulusi Akar, beraberinde Genelkurmay Başkanı Org. Yaşar Güler ve Kara Kuvvetleri Komutanı Org. Musa Avsever ile gittiği Hatay Serinyol’da incelemelerde bulunarak AFAD Koordinasyon Merkezine geçti ve son duruma ilişkin bilgi aldı.//t.co/csK94CEJIw pic.twitter.com/48lsgTfbVt
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) February 6, 2023