Türkiyədəki zəlzələdə xəsarət alan Azərbaycan vətəndaşları var – RƏSMİ

Hazırda oxunan: Türkiyədəki zəlzələdə xəsarət alan Azərbaycan vətəndaşları var – RƏSMİ

118744

Türkiyədə baş verən zəlzələdə xəsarət alan və evləri yararsız hala düşmüş Azərbaycan vətəndaşları ilə bağlı müəyyən məlumatlar mövcuddur.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycanın Türkiyədəki Səfirliyi yayıb.

“Zərərçəkənlərin sayı müəyyən edildikdə bununla bağlı ətraflı məlumat veriləcək.

Zərərçəkən vətəndaşlarımızdan və ya onlar barədə məlumatlı olan şəxslərdən +90 535 577 61 68 qaynar xətti vasitəsi ilə Səfirliklə əlaqə saxlamaları xahiş olunur”, - səfirlikdən qeyd edilib.
Qeyd edilib ki, fevralın 6-sı səhər saatlarında Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində Operativ Qərargah yaradılıb: “Operativ Qərargah Azərbaycan Respublikasının İstanbul və Qars şəhərlərindəki Baş Konsulluqlarında yaradılmış Operativ Qərargahlarla əlaqəli şəkildə zəlzələdən zərərçəkmiş Azərbaycan Respublikası vətəndaşlarını müəyyənləşdirməkdədir”.

Səfirlik Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi, AFAD, digər əlaqədar dövlət qurumları, eləcə də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Türkiyəyə yardıma gəlmiş nümayəndə heyəti ilə daimi operativ əlaqə saxlayır:

“Səfirliyin qaynar xətt nömrələrinə Türkiyədə yaşayan və müvəqqəti burada olan Azərbaycan vətəndaşları və onların yaxınlarından müraciətlər daxil olmaqdadır. Zəlzələnin baş verdiyi hər bölgə üçün Səfirliyin 1 əməkdaşı ayrılmış və bütün müraciətlər sistemləşdirilir. Səfirlik daxil olmuş və əldə edilmiş bütün məlumatları araşdırır”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin