Azərbaycanın Türkiyədəki səfirliyi güclü zəlzələdə zərər çəkmiş Türkiyə Respublikasında yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib.
Bizim.Media xəbər verir ki, səfirlik aşağıda qeyd olunanları nəzərə almağı Azərbaycan vətəndaşlarına tövsiyə edib:
1. Olduqları yerdə mövcud Azərbaycan diaspor təşkilatlarının fəalları ilə əlaqədə olmaq;
2. Qarşılaşdıqları çətinliklərlə əlaqədar, yaşadıqları ərazinin səfirlik tərəfindən təyin olunmuş cavabdeh şəxsləri ilə mütəmadi olaraq əlaqə saxlamaq.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2 323 nəfər yaralanıb. 1 710 bina dağılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:07 / 06.02.2023
Səfirliyimiz Türkiyədə yaşayan və səfərdə olan azərbaycanlılara MÜRACİƏT ETDİ
Hazırda oxunan: Səfirliyimiz Türkiyədə yaşayan və səfərdə olan azərbaycanlılara MÜRACİƏT ETDİ
Hazırda oxunan: Səfirliyimiz Türkiyədə yaşayan və səfərdə olan azərbaycanlılara MÜRACİƏT ETDİ
118725
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.