Ermənistan və İran yeni nəqliyyat dəhlizi yaradır...

Hazırda oxunan: Ermənistan və İran yeni nəqliyyat dəhlizi yaradır...

118719
Tehranda Ermənistanın nəqliyyat və rabitə naziri Qaqik Beqlaryan ilə yeni beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasına dair razlıq əldə eidlib. Bu dəhliz Hindistanı İran, Ermənistan, Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya birləşdirəcək.

Moderator.az xəbər verir ki, “Azadlıq radiosu”x9dnun yerli bürosuna açıqlamasında qeyd edib ki, onların hesablamalarına görə, bu yol Azərbaycan və Türkiyədən keçən yola nisbətən daha ucuz olacaq.

“İrandan keçməklə Avropa və Rusiyaya daşınacaq bütün yüklər Erasxa magistral yolla, oradan Potiyə qatarla, oradan Avropaya isə bərə ilə çatdırılacaq”x9d, - nazir deyib.

Onun sözlərinə görə, bu layihənin həyata keçməsi üçün bu il Şimal-Cənub avtomagistralının Sünik və Vayodzor hissəsinin tikintisinə başlanılacaq. Yolun bu hissələri isə Gürcüstanın Qara dəniz limanı ilə dəmiryol xətti olan Erasx stansiyasına birləşəcək.

Qaqik Beqlaryan təxminən bir həftə öncə Tehranda olub. Səfər zamanı o, İranın birinci vitse-prezidenti Əsgər Cahangiri və rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə görüşüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin