SENSASİYA: Niderlandlı geoloq 3 gün əvvəl Türkiyədə zəlzələ olacağını deyib – FOTO

Hazırda oxunan: SENSASİYA: Niderlandlı geoloq 3 gün əvvəl Türkiyədə zəlzələ olacağını deyib – FOTO

118712

Niderlandlı geoloq Frank Hoogerbeets 3 gün əvvəl (fevralın 3-də) Türkiyədə güclü zəlzələ olacağını proqnozlaşdırıb. Hətta o, zəlzələnin gücünü də dəqiq müəyyənləşdirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya xarici mətbuatda yer alıb.

Geoloq Tvitter hesabında bu sözləri yazıb:

“Gec-tez bu regionda (Cənubi, Mərkəzi Türkiyə, İordaniya, Suriya və Livan) təxminən 7,5 bal gücündə zəlzələ olacaq”.

Türkiyədən gələn zəlzələ xəbərindən sonra alimə peyğəmbər adı verilməyə başlayıb. Üstəlik, o, 2015-ci ildə Nepalda dağıdıcı zəlzələ olacağını da demişdi. O zaman 8000-dən çox insan vəfat etmişdi.

Niderlandlı tədqiqatçı Türkiyə zəlzələsindən sonra ürəkağrısı ilə bu fikirləri qeydə alıb:

"Ürəyim Türkiyənin mərkəzi hissəsində baş vermiş güclü zəlzələdən zərər çəkənlərin hamısının yanındadır. Əvvəllər dediyim kimi, gec-tez bu bölgədə də 115 və 526-cı illərdə olduğu kimi zəlzələ baş verəcəkdi. Bu zəlzələlərdən əvvəl həmişə kritik planet həndəsəsi olur.  4-5 fevralda da belə olub”.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin