Ramzan Kadırov: Qroznı şəhərində ilk İslam bankı açılacaq.
Moderator.az “kp.ru”x9d-ya istinadən xəbər verir.xa0
Çeçenistanın rəhbəri Birləşmiş Ərəb Əmirliklərinin şirkəti ilə kredit təşkilatının yaradılması barədə razılaşıb. Çeçenistanın lideri bəyan edib ki, respublikada ilk islam bankı yaradılacaq.
“Bu gün mənim vacib iş görüşüm olub. Birləşmiş Ərəb Əmirliklərindən “Mazkorp”x9d şirkətinin rəhbərləri Həlal Suhail Hilal Rəşid Almazrouey və Vael Saab gəliblər. Biz Qroznı şəhərində islam bankının açılmasını müzakirə etdik. Bu mövzu barədə daha əvvəl təkliflər irəli sürülüb. Bu görüşdə biz bu layihənin həyata keçirilməsi barədə anlaşdıq”x9d,-deyə o, özünün “Instagram”x9d səhifəsində yazıb.
Ramzan Kadırov qeyd edib ki, Çeçenistan üçün belə bir bankın açılması böyük əhəmiyyət kəsb edir, çünki respublikada Birləşmiş Ərəb Əmirliklərinin sərmayəsi ilə iri obyektlərin inşaatı aparılır və “yeganə maneə - islam banklarının olmamasıdır”x9d.
Onun sözlərinə görə “Mazkorp”x9d şirkəti “Maqnus-Qroznıy”x9d əczacılıq klasterinin inşasının bir hissəsində iştirak edəcək və çoxfunksiyalı hündür mərtəbəli “Əhməd-Tauer”x9d kompleksinin inşasına müəyyən sərmayə qoyacaq.
Tərcümə etdi: Ramil Həsənli




































































































