Xəbər verdiyimiz kimi, fevralın 13-də Yaponiyanın şimal-şərq sahillərində 7,3 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Fukusima prefekturasının sahillərində, ocağı 60 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar paytaxt Tokio ilə yanaşı, daha yeddi prefekturada hiss olunub.
Yaponiyanın Baş naziri Yoşihide Suqa bildirib ki, zəlzələ nəticəsində nüvə obyektlərinə ziyan dəyməyib.
Ölkənin Milli Meteorologiya İdarəsi həftə ərzində bir neçə yeraltı təkanın baş verəcəyi barədə xəbərdarlıq edib.
Şənbə günü parlamentin aşağı palatasının büdcə komissiyasında müzakirələr zamanı ölkənin Baş naziri təbii hadisə zamanı zərər çəkənlərin ümumi sayının 153 nəfərə çatdığını, heç kəsin həlak olmağını qeyd edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.
MÖVZU İLƏ BAĞLI:
Yaponiyada zəlzələdə xəsarət alanların sayı 144 nəfərə çatdı - YENİLƏNİB
"Mənə 12 nəfərin ağır travma aldığını, 141 nəfərin xəsarətlərinin nisbətən yüngül olduğunu bildirdilər", deyə o, qeyd edib.
Hökumət rəhbəri əlavə edib ki, dəmir yolunun zərər çəkmiş sahələrindən birində qatarların hərəkəti ləğv edilib.
Zəlzələ nəticəsində yaranmış uçqun Honsü adasının şimal-şərqində avtomobil şosesinə ziyan vurub.
Bizim.Media