Türkiyənin Afyonkarahisar əyalətində sərnişin avtobusu aşıb.
Bizim.Media Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, şəhərlərarası işləyən avtobus Diyabakırdan Bodruma gedirmiş.
Məlumata əsasən, qəza nəticəsində azı 8 nəfər həlak olub, 35 nəfər isə xəsarət alıb. Bildirilir ki, avtobus yoldan çıxaraq aşıb.
Qəzanın səbəbi hələki məlum deyil.
Bizim.Media