Böyük Britaniyada formalaşan və tərkibinə 12 ölkədən olan beynəlxalq səyahətçilərin daxil olduğu qrup Füzuli rayonunda olublar, minatəmizləmə əməliyyatlarını izləyiblər.
Bizim.Media report-a istinadən xəbər verir ki, qonaqlara rayonun minalardan təmizlənən ərazisində görülən işlər barədə məlumat verilib.
Daha sonra onlara ərazidə aşkar edilmiş və zərərsizləşdirilmiş mina nümunələri nümayiş etdirilib.
Səyyahlar həmçinin Füzuli ərazisində tapılan minanın partladılma yolu ilə zərərsizləşdirilməsinə də şahidlik ediblər.
Qeyd edək ki, bu gün 12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər qrupunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. 30 nəfərlik qrupa ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyadan olan nümayəndələr daxildir. Səyahətçilər fevralın 4-6-da Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edəcəklər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:28 / 04.02.2023
Xarici səyyahlar Füzulidə minatəmizləmə əməliyyatlarını izlədilər - FOTO
Hazırda oxunan: Xarici səyyahlar Füzulidə minatəmizləmə əməliyyatlarını izlədilər - FOTO
Hazırda oxunan: Xarici səyyahlar Füzulidə minatəmizləmə əməliyyatlarını izlədilər - FOTO
118476
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.