“Azərbaycanın İrandakı səfirliyinə hücum həyəcan siqnalıdır” – Amerikalı ekspert  

Hazırda oxunan: “Azərbaycanın İrandakı səfirliyinə hücum həyəcan siqnalıdır” – Amerikalı ekspert  

118445

“Azərbaycanın Tehrandakı səfirliyinə hücum bütünlükdə beynəlxalq ictimaiyyət üçün həyəcan siqnalı olmalıdır”.

Bizim.Media xəbər verir ki, bu fikrlər Hadson İnstitutunun baş elmi işçisi Lük Koffinin “Arab News” qəzetində dərc olunan məqaləsində öz əksini tapıb.

“Beynəlxalq ictimaiyyətin İrana diqqətinin böyük hissəsi ilk növbədə onların Yaxın Şərqdəki siyasətinə yönəldiyi halda, Tehran əsrlər boyu həm də Cənubi Qafqazda öz rolunu oynayıb. İran və Azərbaycan arasındakı mövcud gərginlik şişirdilmiş ola bilməz”, - o yazıb.

Müəllif vurğulayıb ki, İran və Azərbaycan arasında Xəzər dənizində dəniz sərhədlərinin delimitasiyası ilə bağlı mübahisəli məsələlər hələ də qalmaqdadır:

“Keçmişdə bu, hətta qarşıdurmaya da səbəb olub. İran Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Xəzərdə Azərbaycan sularına daxil olduğu hallar da olub. 2020-ci ildən isə İran Azərbaycanla sərhədi boyunca əvvəllər rast gəlinməyən irimiqyaslı hərbi manevrlər həyata keçirir.
Keçən ilin oktyabrında İran hərbçiləri hətta Araz çayı üzərindən hərbi keçidin məşqini keçiriblər. Təəccüblü deyil ki, Azərbaycan bunu təxribatçı addım hesab edib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin