Qərb ölkələrinin İranın nüvə fəaliyyəti ilə bağlı BƏYANATI

Hazırda oxunan: Qərb ölkələrinin İranın nüvə fəaliyyəti ilə bağlı BƏYANATI

118431

ABŞ, Fransa, Almaniya və Böyük Britaniya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın Fordo zavodundakı nüvə obyekti ilə bağlı hesabatı ilə əlaqədar olaraq, İranı beynəlxalq öhdəliklərə əməl etməyə və bu qurumla əməkdaşlıq etməyə çağıran bəyanat yayıb.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilir ki, İranın 60 faizə qədər yüksək zənginləşdirilmiş uran istehsal etməsi bu dövlətin Hərtərəfli Təminatlar Sazişindən (JCPOA) irəli gələn öhdəliklərinə uyğun deyil.
Bəyanatda bildirilib ki, İranın hərəkətləri bu dövlətin verdiyi açıqlamalara yox, MAQATE-nin qərəzsiz və obyektiv hesabatlarına uyğun qiymətləndirilir.

Bəyanatda vurğulanıb ki, İranın Fordo Zənginləşdirmə Zavodunda yüksək zənginləşdirilmiş uranın istehsalı ilə bağlı xəbərlər risklidir:

“İranın hərəkətləri narahatlıq doğurur. Çünki bu dövlət JCPOA çərçivəsində öhdəliklərin icrasını, o cümlədən Əlavə Protokolun icrasını dayandırıb.
Ötən il İdarə Heyətinin bu məsələ ilə bağlı iki qətnamə qəbul etməsinə baxmayaraq, İran hələ də AEBA-nın suallarına cavab verməyib. Biz İranı JCPOA-dan irəli gələn bütün hüquqi qüvvəyə malik beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin