Sevgililər gününə ən yaxşı sevgi filmi – RUSLAR SEÇDİ 

Hazırda oxunan: Sevgililər gününə ən yaxşı sevgi filmi – RUSLAR SEÇDİ 

11841

Sevgililər günündə Rusiya vətəndaşlarının seçdiyi ən yaxşı sevgi filminin adı açıqlanıb.

Əfsanəvi "Sevgi və göyərçinlər" (Любовь и голуби) filmi sorğunun lideri olub.

Vladimir Menşovun 1984-ci ildə çəkdiyi lirik sovet komediyası on il əvvəl keçirilən sorğuda “Titaniki” üstələyərək birinci olmuşdu. 

Sorğunun nəticəsi olaraq məlum olub ki, kişilər bu filmi qadınlardan daha çox sevirlər.

İkinci yerə ruslar, rejissor Ceyms Kemeronun Leonadro Di Kaprio və Keyt Uinslet ilə canlandırdığı "Titanik" filmini layiq görüblər.  Üçüncü yer isə Gülya Robertsin "Gözəlçə"sinə verilib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin