ABŞ üzərindən uçan “Çin kəşfiyyat şarı”nın əsl İSTİQAMƏTİ 

Hazırda oxunan: ABŞ üzərindən uçan “Çin kəşfiyyat şarı”nın əsl İSTİQAMƏTİ 

118341

ABŞ üzərində görünən Çin şarı külək səbəbindən marşrutunu ciddi şəkildə dəyişib.

Bzim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

XİN həmçinin fövqəladə vəziyyətin meteoroloji tədqiqatın ABŞ hava məkanına çatmasına səbəb olmasından təəssüfləndiyini bildirib və Çinin vəziyyətin həlli üçün ABŞ səlahiyyətliləri ilə əlaqə saxlamağa hazır olduğunu deyib.
Qeyd edək ki, 2 gün öncə Çinə məxsus olduğu təsbit edilən aerostat (hava şarı) ABŞ səmasına daxil olub.

ABŞ hökuməti ölkənin materik hissəsi üzərində yüksək hündürlükdə kəşfiyyat şarı aşkar edib və onu yaxından izləməyə, hərəkət istiqamətini nəzarətdə saxlamağa davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin