Serbiya Prezidenti Aleksandar Vuçiç respublikanın Avropa İttifaqına daxil olmağa hazır olduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, o, bunu Milli Assambleyanın (ölkə parlamentinin) iclasında deyib.
“Serbiya Avropa yolundadır və Atlantik inteqrasiyaya gəldikdə, NATO-ya qoşulmaq istəmir. Serbiya öz hərbi neytrallığını canfəşanlıqla qorumaq və gücləndirmək istəyir. Avropaya inteqrasiya ilə Atlantik inteqrasiya arasında fərq var”, - deyə Vuçiç bildirib.
Onun sözlərinə görə, Serbiyanın Aİ-yə üzvlüyünün verilməməsi təhlükəsi ilə yanaşı, bəzi ölkələrin nümayəndələri respublikanı bütün investisiyalardan məhrum edəcəklərini qeyd ediblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:01 / 03.02.2023
Vuçiç: “Serbiya Aİ-yə daxil olmaq istıyir, NATO-ya isə...”
Hazırda oxunan: Vuçiç: “Serbiya Aİ-yə daxil olmaq istıyir, NATO-ya isə...”
Hazırda oxunan: Vuçiç: “Serbiya Aİ-yə daxil olmaq istıyir, NATO-ya isə...”
118327
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.