“Açıq danışacağam. Türkiyənin belə bir talesizliyi var. Ölkəmizə gələn hər ABŞ səfiri “burada necə çevriliş edim?” təlaşı içərisindədir. Digər səfirləri də yığıb onlara ağıl verməyə çalışırlar”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu ABŞ-ın ölkəsindəki səfirliyinin fəaliyyətini şərh edərkən deyib.
O daha sonra qeyd edib:
“Türkiyəyə necə ziyan vurum?” deyə düşünürlər. Onların oyunlarını Ərdoğan pozdu. Biz sizin nələr etdiyinizi bilirik. Hansı addımları atırsınız və Türkiyəni necə qarışdırırsınız?” ABŞ-ın ölkəmdəki səfirinə səslənirəm - çirkli əllərinizi Türkiyənin üzərindən çəkin”.
Bizim.Media