İlkin məlumatlara görə Avropa Birliyi ölkədə siyasi prosesin keçirilməsinə qarşı olan Liviyalılara qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.
Bu barədə Moderator.az “Пронедра”x9d-ya istinadən xəbər verir.
Təklif edilir ki, özəlliklə belə şəxslərin Avropaya girişi qadağan edilsin və onların Avropa İttifaqının maliyyə təşkilatlarında bank hesablarının dondurulması təmin edilsin. Məhdudiyyətlər milli birlik hökumətinin formalaşmasına mane olanlara qarşı tətbiq ediləcək,- deyə “ Reuters “ xəbər agentliyi yazır.
Hələ ki, tətbiq ediləcək sanksiyalar üzrə iki nəfərin, Liviyanın Yeni Ümummilli konqresinin sədri Nuri Abu Sahmeyn və Tripoli milli xilas Hökumətinin rəhbəri Xalif əl-Qveylin namizədliyi irəli sürülür. Gələcəkdə sanksiya siyahısına yeni isimlərin əlavə ediləcəyi planlaşdırılır.
Avropa İttifaqı rəhbərliyi Liviyada siyasi böhranın tənzimlənməsinə mane olan qüvvələrə qarşı ciddi tədbirlər tətbiq etməyə hazırdır. “Пронедра”x9d daha əvvəl yazırdı ki, ABŞ və Avropa Birliyinin bir sıra dövlətləri hələ 2014-cü ildə Liviya münaqişəsinin tərəflərini sanksiyalar ilə hədələyirdi.
Tərcömə etdi : Ramil Həsənli.































































































