“İranla diplomatik əlaqələrin kəsilməsi barədə qərar hər an qəbul oluna bilər”.
Bizim.Media “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib.
Onun sözlərinə görə, bu, Tehranın gələcək davranışlarından asılı olacaq: “Mən Prezidentə artıq bu barədə təklif vermişəm. Məsələ açıq olaraq qalır. Qərar hər an qəbul oluna bilər”.
D.Kuleba həmçinin İranın “qırmızı xətlər"i keçdiyini vurğulayıb:
“Biz tarixən İrana heç bir pislik etməmişik. Amma bu dövlət Rusiyaya pilotsuz uçuş aparatları verir”.
Nazir bildirib ki, İrandakı hücumlar bu dövlətə siqnal olmalıdır:
“Ukraynaya qarşı Rusiya ilə əməkdaşlıq İrana nə qədər faydalı görünsə də, bu əməkdaşlığın mənfi nəticələri daha çoxdur”.
Qeyd edək ki, yanvarın 29-da İranın İsfahan şəhərinə dron hücumları həyata keçirilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:43 / 03.02.2023
"İranla diplomatik əlaqələri hər an kəsə bilərik" - Ukrayna XİN
Hazırda oxunan: "İranla diplomatik əlaqələri hər an kəsə bilərik" - Ukrayna XİN
Hazırda oxunan: "İranla diplomatik əlaqələri hər an kəsə bilərik" - Ukrayna XİN
118288
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.