İsrailin baş naziri Benyamin Netanyahu “CNN” xəbər kanalına verdiyi müsahibədə təfərrüatları açıqlamadan İsrailin İran təhdidlərinə qarşı tədbirlər gördüyünü bildirib.
Bizim.Media xəbər verir ki, Baş nazir İranın atom bombası əldə etmək niyyətində olduğunu vurğulayaraq, İranla nüvə sazişi barədə müqavilə imzalanmasını səmərəsiz qiymətləndirib.
Netanyahu İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün sarsıdıcı iqtisadi sanksiyalar tətbiq etməklə yanaşı, etibarlı hərbi təhdidin də lazım olduğunu deyib.
Bizim.Media