Sensasion TƏLƏB: “TikTok” silinə bilər 

Hazırda oxunan: Sensasion TƏLƏB: “TikTok” silinə bilər 

118176

“TikTok” bir müddətdir ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratdığı əsası ilə müzakirə edilir.

Bizim.Media xəbər verir ki, ABŞ senatoru Maykl Bennetə, “Apple” şirkətinin rəhbəri Tim Kuk və “Google” baş direktoru Sundar Piçaya ünvanladığı məktubda o, “Apple” və “Google”-dan “TikTok”-u tətbiq mağazalarından “dərhal” silməyi tələb edib.

Müvafiq olaraq, “Tiktok” “App Store” və “Play Store”-dan qadağan edilə bilər. Şirkətin geniş istifadəçi bazası və aqressiv məlumat toplama siyasətinin ABŞ-ı bu qərara sövq etdiyi vurğulanır.
Ölkədə “TikTok”-u məhdudlaşdırmaq və qadağan etmək üçün əvvəllər də müraciətlər olub.

Bununla belə, Senatın Kəşfiyyat Komitəsinin üzvü Bennet “TikTok”-un silinməsi ilə bağlı “Apple” və “Google” ilə birbaşa əlaqə saxlayan ilk ABŞ hüquq-mühafizə orqanı olub.

Bu yaxınlarda “TikTok” əməkdaşlarının istifadəçi məlumatlarına icazəsiz daxil olduğu və bu məlumatları sızdırdığı məlum olub. Hadisəni etiraf edən “TikTok”-un əsas şirkəti ByteDance, onun casusluq etdiyini anlayan dörd əməkdaşını işdən çıxardığını açıqlayıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin