Misirdə 5000 il əvvələ aid pivə zavodu tapıldı - FOTO

Hazırda oxunan: Misirdə 5000 il əvvələ aid pivə zavodu tapıldı - FOTO

11817

Misir-Amerika ortaq arxeoloqlar qrupu, Misirin Sohag əyalətində dünyanın ən qədim pivə zavodunun olduğunu kəşf ediblər.  

Bizim.Media-nın məlumatına görə, bu barədə Misir Antikalar və Turizm Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında, bildirilir ki, Nyu York Universitetindən professor Matthev Adams və Princeton Universitetindən professor Deborah Vishakın rəhbərlik etdiyi bir arxeoloji qrup, Antik Abydos şəhərinin şimalında bir pivə zavodu tapıb.

Misirin Qədim Abidələr Ali Şurasının baş katibi Mustafa Vəzirinin dediyinə görə, tapılan pivə zavodu, təxminən 5 min il əvvəl hökm sürən Firon Narmer dövrünə aiddir.

Pivə zavodunun 20 metr uzunluğunda və 2,5 metr enində səkkiz böyük hissədən və təxminən 40 gil qabdan ibarət olduğunu vurğulayıblar.

Adamsın sözlərinə görə, fabrik bir dəfəyə təxminən 22,4 litr pivə istehsal edə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin