Sərhədlərin bağlanması koronavirusla mübarizədə peyvənd qədər təsirli deyil.
Bizim.Media məlumat verir ki, bu barədə Avropa Birliyinin səhiyyə məsələləri üzrə komissarı Stella Kiriakides jurnalistlərə verdiyi açıqlamasında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Süni intellekt koronavirusdan ölüb ölməyəcəyinizi müəyyən edəcək
Onun sözlərinə görə koronavirusun mutasiyasından qorxmaq başa düşüləndir. Ancaq həqiqət budur ki, sərhədlər virusu tutub saxlamır.
“Yalnız peyvəndləmə və gigiyena qaydalarına düzgün riayət mutasiyadan qorunmağa kömək edə bilər. 2020-ci ildəki kimi sərhədlərin bağlanılmasını düzgün hesab etmirəm”, deyə Kiriakides bildirib.
Bizim.Media