İranın səhiyyə naziri Səid Nemeki, koronavirusun mutasiyaya uğramış yeni variantının bütün ölkəyə yayıldığını açıqlayıb.
Ölkə vətəndaşlarını ehtiyatlı olmaq barədə xəbərdar edən nazir, vəziyyətin ciddi olduğunuq eyd edib.
MÖVZU İLƏ BAĞLI:
İranda koronavirusla bağlı son statistika
Tibb universitetlərinin rektorları ilə online keçirilən toplantıya qatılan İran səhiyyə naziri Səid Nemeki, epidemiyanın son vəziyyəti haqqında məlumat verib.
Pandemiya ilə mübarizədə çətin günlərin onları gözlədiyini söyləyən Nemeki, paytaxt Tehranda 71 yaşlı bir qadının və Qəzvin vilayətinin Aybek mahalında 48 yaşlı bir kişinin mutasiyaya uğramış yeni virus səbəbiylə öldüyünü açıqlayıb.
"Bu vəziyyət ciddi təhlükə siqnallarından biridir", deyə qeyd edən Nemeki, "Baş verən hadisələr mutasiya edilən virusun demək olar ki, bütün ölkəyə yayıldığını sübut edir.
Bu virusun hər şəhərdə, kənddə və ailədə ola biləcəyini düşünməliyik. Bu ciddi təhlükə siqnallarından biridir" deyə əlavə edib.
Səhiyyə naziri cəmiyyəti COVID-19 ilə mübarizədə alınan tədbirlərə ciddi şəkildə əməl etməyə çağırdı.
İranda mutasiyaya uğramış və daha sürətli yayılmış koronavirus növünün ilk dəfə 5 yanvarda görüldüyü açıqlanmışdı.
Bizim.Media