Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında Gara bölgəsində davam edən “Pençe Kartal-2” antiterror əməliyyatı nəticəsində 48 terrorçu zərəsizləşdirilib, 2-si isə sağ ələ keçirilib.
Bizim.Media “Haber Global”a istinadən məlumat verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramov Türkiyəyə başsağlığı verdi
Onun sözlərinə görə, PKK-nın törətdiyi terror aktı nəticəsində Türkiyənin 13 mülki vətəndaşı şəhid olub.
Bundan əlavə, Türkiyə Silahlı Qüvvələrinin 3 hərbçisi həlak olub, 3 hərbçi isə yaralanıb.
Qeyd edək ki, bununla əlaqədar olaraq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qardaş ölkəyə başsağlığı verib.
Bizim.Media