“Gürcüstan hakimiyyəti hazırda Mixail Saakaşviliyə açıq şəkildə işgəncələr verir və onu öldürür”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avstriya Prezidenti Aleksandr van der Bellenlə keçirdiyi mətbuat konfransında bildirib.
O Saakaşvilinin fotosunu göstərərək qeyd edib ki, fotolar ona avstriyalı həmkarı ilə görüşdən əvvəl verilib:
“Ukrayna vətəndaşına ictimai şəkildə işgəncə verilir. Mən Gürcüstanın keçmiş prezidentinin niyə həbs edildiyini, bunun Gürcüstan siyasəti üçün hansı nəticələrə gətirib çıxara biləcəyi sualını müzakirə etmirəm. Bu, onların daxili işidir. Mən bir nəfərin həbsindən danışıram. Hər gün ictimai işgəncələrə məruz qalan Ukrayna vətəndaşı Mixail Saakaşvilinin həbsindən danışıram. Düşünürəm ki, hökumət nümayəndələrinin məqsədi onu öldürməkdir”.
Qeyd edək ki, Saakaşvili 2021-ci il oktyabrın 1-də səkkiz illik fasilədən sonra Gürcüstana gələrkən saxlanılıb. O, sərhədi qanunsuz keçməkdə ittiham olunaraq həbs edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:18 / 01.02.2023
Zelenski Saakaşviliyə görə Gürcüstan hökumətinə ETİRAZ ETDİ: “Məqsədiniz onu öldürməkdir”
Hazırda oxunan: Zelenski Saakaşviliyə görə Gürcüstan hökumətinə ETİRAZ ETDİ: “Məqsədiniz onu öldürməkdir”
Hazırda oxunan: Zelenski Saakaşviliyə görə Gürcüstan hökumətinə ETİRAZ ETDİ: “Məqsədiniz onu öldürməkdir”
117942
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.