Danilov: Rusiya ən genişmiqyaslı hücuma hazırlaşır

Hazırda oxunan: Danilov: Rusiya ən genişmiqyaslı hücuma hazırlaşır

117776

Rusiya Silahlı Qüvvələri Ukraynaya qarşı indiyə qədərki müharibə ərzində ən genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov “Sky News“a müsahibəsində deyib.

Katib istisna etmir ki, Rusiya ordusu keçən ilin 24 fevralında olduğu kimi Ukrayna üzərinə cənubdan, şərqdən və şimaldan hücuma keçə bilər.

"Hücumun tarixi keçən il başlamış genişmiqyaslı müharibənin ildönümünə təsadüf edə bilər. Rusiya ordusu genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır və bunun üçün mümkün olan hər şeyi toplayır, təlimlər keçirir” – o qeyd edib.
Xatırladaq ki, ötən ilin yanvarın 30-da NATO-nun baş katibi Yens Stoltenberq Rusiya ordusunun yeni hücuma hazırlaşdığını elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin