Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ABŞ prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi yayıb.
MÖVZU İLƏ BAĞLI:
Rusiya İlə Avropa İttifaqı arasında münasibət normal deyil - Lavrov
Mənbə yazır ki, tərəflər ətraf mühit, iqtisadi, sosial, siyasi amillər və istisnasız olaraq bütün ölkələrin maraqları nəzərə alınmaqla, iqlim məsələlərində geniş beynəlxalq əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıblar.
Rusiyalı nazir ABŞ-ın yeni rəhbərliyinin uzunmüddətli iqlim tənzimlənməsi üçün möhkəm beynəlxalq hüquqi zəmin yaradan çoxtərəfli əsas razılaşmaya qayıtmaq niyyətini məmnuniyyətlə qarşılayıb.
Bizim.Media