Ukrayna şirkətləri Rusiyanı beynəlxalq məhkəməyə verir...

Hazırda oxunan: Ukrayna şirkətləri Rusiyanı beynəlxalq məhkəməyə verir...

117763
Ukrayna şirkətləri Rusiyanı beynəlxalq məhkəməyə verəcək.

Moderator.az xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko yerli televiziyaya müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda Rusiyanın bəzi beynəlxalq məhkəmələrə verilməsi ilə bağlı iddialar hazırlanır və yaxın iki həftə ərzində iddia ərizələri məhkəməyə  təqdim ediləcək. “Məhkəmə iddiasını o şirkətlərə verəcək ki, onlar Rusiyanın Krımı işğalı nəticəsində ziyan çəkiblər. Biz də dövlət olaraq öz milli maraqlarımız naminə həmin beynəlxalq məhkəmələrdə onların müdafiəsini təmin etməyə çalışacağıq”x9d, - deyə Poroşenko vurğulayıb.
 
Poroşenko eyni zamanda koalisiya hökumətinin yenilənməsi ilə bağlı baş nazir Arseni Yasenyukun da qaldırdığı məsələyə mövqeyini açıqlayaraq deyib ki, mən bunun əleyhinə deyiləm: 

“Əgər hökumətin tərkibinə hansısa dəyişikliyin edilməsinə zərurət varsa, o zaman mən parlamentdən koalisiya sazişinin müzakirəsini gösləyirəm. Mən bu işə qarışmaq niyyətində deyiləm. Bu parlamentin kompitensiyasına daxildir. Ancaq onu deyə bilərəm ki,  koalisiyanı yerindən oynatmaq cəhdini  çox məsuliyyətsiz addım kimi dəyərləndirəcəyəm.”x9d

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin