Fransada pensiya yaşının artırılmasına qarşı kütləvi etirazlar keçirilir.
Bizim.Media Fransa mətbuatına istinadən xəbər verir ki, etirazlar pensiya yaşının 62-dən 64-ə qaldırılmasından sonra başlayıb.
Paytaxtın nəqliyyat operatoru RATP bildirib ki, Paris metrosu və şəhərətrafı dəmir yolu xidmətlərinin işi məhdudlaşıb. Dəmiryol operatoru SNCF yüksək sürətli qatarların yalnız üçdə birinin işləyəcəyini proqnozlaşdırır və insanları evdən işləməyə çağırır.
Fransa Daxili İşlər Nazirliyi mümkün toqquşmalardan qorxaraq 11 minə yaxın polisi səfərbər edib, onlardan 4 min nəfəri Parisdə yerləşdirilib.
“Le Parisien” qəzetinin məlumatına görə, Parisdəki etiraz aksiyalarına “Sarı jiletlilər” hərəkatının 1000-1200 fəalı qatılacaq.
Xatırladaq ki, yanvarın 19-da təqaüd yaşının artırılmasına etiraz olaraq 1,1 milyona yaxın insan iştirak edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:50 / 31.01.2023
Fransada pensiya yaşının artırılmasına qarşı etirazların miqyası artır – VİDEO
Hazırda oxunan: Fransada pensiya yaşının artırılmasına qarşı etirazların miqyası artır – VİDEO
Hazırda oxunan: Fransada pensiya yaşının artırılmasına qarşı etirazların miqyası artır – VİDEO
117684
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.