Ukrayna prezidenti Volodimir Zelenski Nikolayev vilayətinə işgüzar səfər edib.
Bizim.Media xəbər verir ki, bu barədə prezidentin sosial şəbəkələrdəki səhifələrindən məlum olub.
“Region bütün terror hücumlarına qəhrəmancasına müqavimət göstərir. Səfər zamanı regiondakı mövcud vəziyyətlə bağlı müşavirə keçirdim.
Biz Ukraynanın cənubundakı hərbi əməliyyatı, Rusiyanın raket və pilotsuz təyyarələrinin hücumlarının nəticələrini müzakirə etdik”, – Zelenski yazıb.
Vilayətin enerji infrastrukturunun vəziyyəti, onun mühafizəsi və bərpası da nəzərdən keçirilib.
“Biz Nikolayev vilayətində təhsil müəssisələrinin, region iqtisadiyyatının uzunmüddətli bərpası və yeni iş yerlərinin yaradılması barədə də danışdıq”, - deyə o, əlavə edib.
Bizim.Media