ÜST koronavirusla bağlı fövqəladə vəziyyət rejiminin müddətini uzatdı

Hazırda oxunan: ÜST koronavirusla bağlı fövqəladə vəziyyət rejiminin müddətini uzatdı

117443

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yayılması ilə əlaqədar 2020-ci ilin yanvarından bəri qüvvədə olan dünya səhiyyəsində fövqəladə vəziyyət rejiminin müddətini daha 3 ay uzadıb.

Bizim.Media xəbər verir ki, bu barədə ÜST-nin Cenevrədəki mənzil-qərargahında təşkilatın Fövqəladə Komitəsinin iclasının yekunlarına dair mətbuat üçün məlumatda deyilir.

ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus komitənin hazırkı COVID-19 pandemiyasına dair tövsiyəsi ilə razılaşıb. 

O bildirib ki, bu pandemiya beynəlxalq əhəmiyyət kəsb edən ictimai səhiyyədə fövqəladə vəziyyət nümayiş etdirməkdə davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin