"3+3" platformasının işini davam etdirmək niyyətindəyik" - Rusiya XİN

Hazırda oxunan: "3+3" platformasının işini davam etdirmək niyyətindəyik" - Rusiya XİN

117435

2021-ci ilin dekabrında başladılmış "3+3" Konsultativ Regional Platformanın (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyə) işini davam etdirmək niyyətindəyik.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

"Bu, regional iştirakçıların maraqlı olduğu praktiki tərəfdaşlıq məsələlərinə fokuslanacaq səmərəli və vaxtında təşkil edilmiş platformadır.

Ankara və İrəvanla münasibətlərin normallaşmasına gəlincə, bu proses məhz Rusiyanın vasitəçiliyi ilə 2022-ci ilin yanvarında Ermənistan və Türkiyə nümayəndələri R.K.Rubinyan və S.Kılıçın Moskva görüşü ilə başladıldı. Biz bu gün hər iki tərəflə sıx münasibət saxlayırıq. Ermənistan-Türkiyə əlaqələrinin bərpa olması üçün perspektivlər açan son fəaliyyətləri təqdir edirik, belə ki, bunlar regionda mühitin yaxşılaşmasına xidmət edəcək", - Rusiya xarici işlər naziri deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin