Bir sıra ölkələr İrandakı səfirliklərinin fəaliyyətini dayandırmaq niyyətindədir

Hazırda oxunan: Bir sıra ölkələr İrandakı səfirliklərinin fəaliyyətini dayandırmaq niyyətindədir

117396

Bir sıra ölkələrin səfirlikləri İrandakı fəaliyyətlərini dayandırmaq istəyir.

Bizim.Media trend.az-a istinadən xəbər verir ki, Azərbaycan səfirliyi İranı tərk edən yeganə dipmissiya olmaya bilər.

Belə ki, Azərbaycan səfirliyinə qarşı terror hücumunun ardından da İranda baş verən hadisələr, müxtəlif vilayətlərdəki raket hücumları bir sıra ölkələrin səfirliklərini də ölkəni tərk etməyə vadar edə bilər.

Artıq bəzi ölkələrin səfirlikləri əməkdaşlarının Azərbaycan üzərindən çıxarılması haqda düşünürlər.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub.
Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin