Blinken: “İrana qarşı hərbi əməliyyatlar istisna olunmur”

Hazırda oxunan: Blinken: “İrana qarşı hərbi əməliyyatlar istisna olunmur”

117360

“ABŞ hökuməti İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün hərbi əməliyyatları istisna etmir”.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Antoni Blinken “Al Arabiya”ya müsahibəsində deyib.

O xatırladıb ki, İran hakimiyyətinin yayın sonunda beynəlxalq nüvə sazişinə qayıtmaq imkanı var idi, lakin onlar bundan imtina etdilər.

“İndi bizim diqqətimiz o vaxtdan bəri baş verən bir çox hadisələrə cəmlənib. O cümlədən gənclərin, xüsusən də qadınların öz əsas hüquqlarını müdafiə etmələri və bu xüsusda İran xalqına qarşı yönəlmiş dəhşətli repressiyalar da diqqətimizdədir. Eyni zamanda, İranın Ukraynaya qarşı müharibəsində Rusiyanı necə dəstəklədiyini, bu ölkəyə pilotsuz təyyarələr və digər silah sistemləri verdiyini də görürük”, - deyə Blinken qeyd edib.
ABŞ-nin hərbi variantı nəzərdən keçirib-keçirmədiyi ilə bağlı suala cavabında Blinken qeyd edib ki, “bütün variantlar diqqətə alınır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin